Cənubi Afrikada yeni koronavirus aşkarlanıb
Cənubi Afrikada aşkarlanan «NeoCov» yarasa koronavirusu SARS-CoV-2 kimi hüceyrələrə daxil ola bilir. Onun genomunda yalnız bir mutasiyanın görünməsi NeoCov-u insanlar üçün təhlükəli edir.
«Report» TASS-a istinadən xəbər verir ki, bu barədə “bioRxiv” saytında dərc olunan məqalədə deyilir.
COVID-19 pandemiyası alimləri SARS-CoV-2-nin mənşəyinin tarixini fəal şəkildə araşdırmağa, həmçinin insanlara yoluxa bilən digər təhlükəli heyvan koronaviruslarını axtarmağa məcbur edib.
Məlum olub ki, oxşar patogenlər Rusiya, ABŞ, Kamboca, İsveçrə və digər ölkələrdə yarasaların və digər vəhşi heyvanların populyasiyalarında mövcuddur. İnsanlarla vəhşi heyvanlar arasında təmas daha tez-tez baş verərsə, koronaviruslarla əlaqəli yeni pandemiyalar başlaya bilər.
SARS-CoV-2 kimi, Yaxın Şərq qızdırmasının patogeni də insan ağciyərlərinə yoluxur.
Комментарии закрыты.