Terrorun Ərdoğanın səfərdə olduğu vaxt baş verməsi…

Terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil.

Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib.

TBMM başqanı bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək.

Ötən gün Ankarada TUSAŞ-ın istehsal obyektində baş verən terror aktı nəticəsində 5 nəfər şəhid olub, 22 nəfər isə yaralanıb.

Комментарии закрыты.