ŞƏRƏFLİ ÖMÜR YOLU — Övladının ad günündə şəhid olan XÜSUSİ TƏYİNATLI

Məhəmməd NƏRİMANOĞLU

Övladının ad günündə şəhid olan xüsusi təyinatlı komandir Azər Mikayılov son anda “Qarabağ Azərbaycandır!” deyib
Vətən müharibəsində Füzuli, Hadrut və Cəbrayıl istiqamətində gedən döyüşlərin həlledici olması danılmazdır. Müzəffər Ordumuzun 30 illik yurd ayrılığına son qoyan Zəfərin əsası məhz elə həmin istiqamətdə dəmir-beton sədləri qırmaqdan başladı. Bu yolda şücaət göstərib düşmənə ağır zərbələr endirərək onları əzəli, tarixi torpaqlarımızdan vurub çıxaran igidlərimizin haqqında bu gün şərəflə söz açılır, qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirik.

Adını fəxr və qürurla çəkdiyimiz igid zabitlərimizdən biri də Azər Əmrah oğlu Mikayılovdur. O, 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçiskin kəndində ziyalı ailədə dünyaya göz açmışdı. Uşaqlıq illərindən xalqımıza qarşı ermənilərin çirkin əməllərini görən Azər Mikayılov gələcək həyat yolunu vətənin müdafiəsinə həsr etmək qərarına gəlir və bunun üçün hərb sənətini seçir. Orta məktəbi bitirərək 1998-2002-ci illərdə Heydər Əliyev adına Bakı Ali Hərbi Məktəbində təhsil alır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində təhsilini davam etdirir, leytenant hərbi rütbəsi alaraq Vətənin müdafiəsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil olur.
Hərbi fəaliyyətə Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusu daxilində hərbi hissənin motoatıcı tağımının komandiri kimi başlayır.

Azərbaycan Silahlı Qüvvələrinin sıralarına Naxçıvan Muxtar Respublikası Əlahiddə Ümumqoşun ordusunda daxil edilmişdir.
Günü-gündən hərbi sirləri əldə edərək və əsl kəşfiyyatçi kimi formalaşaraq hərbi hissədə kəşfiyyat bölüyünün komandiri, hərbi hissənin kəşfiyyat rəisi, Əlahiddə Ümumqoşun ordusunun daxilində » Xüsusi Təyinatlı Taborun» qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, Tabor komandirinin müavini və Tabor komandiri vəzifələrini layiqincə icra etmişdir.
Bu dövr ərzində Azər Mikayılovun Naxçıvan Muxtar Respublikasının müdafiəsində boyük xidmətləri olub. Bu dövr ərzində Azər Mikayılovun Naxçıvan Muxtar Respublikasının müdafiəsində boyük xidmətləri olur. Ermənilərin nəzarətindəki bir neçə strateji əhəmiyyətli post onun rəhbərliyi ilə azad edilərək, sərhəd müdafiə sistemi daha da möhkəmləndirilir. Məhz Azər Mikayılovun misilsiz xidmətlərinin nəticəsidir ki, həmin postlardan biri bu gün onun adını daşıyır.
Naxçıvan Muxtar Respublikasında «Günnüt əməliyyatı» və digər əməliyyatların birbasa rəhbərlərindən biri olmuş və uğurlu əməliyyat keçirilmisdir.
Azər Mikayılov 2016-cı ilin Aprel döyüşlərinə qatılaraq Lələtəpə yüksəkliyinin azad olunmasinda da fəal iştirak edir.
O, Vətən müharibəsindən bir neçə ay əvvəl Naxçıvandan Beyləqan-Füzuli istiqamətinə, “N” saylı xüsusi təyinatlı hərbi hissəyə göndərilir. Son fəaliyyəti dövründə hərbi hissənin qərargah rəisi və komandiri olur.
27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsi zamanı Azər Mikayılov özü və tabeliyində olan şəxsi heyətlə birgə Füzuli-Cəbrayıl-Hadrut istiqamətində gedən ən ağır əməliyyatlara qatılaraq döyuş əməliyyatlarına başçılıq edir. Böyuk qəhrəmanlıq nümunəsi göstərən komandirin rəhbərlik etdiyi hərbi qüvvələr bir çox yaşayış məntəqələrinin azad olunmasında, yüzlərlə erməni işğalçılarının məhv edilməsində fədakarlıq nümunəsi göstərir.
Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbə endirərkən qəhrəmancasına şəhid olur. Azər Mikayilov xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi əməliyyatlarda göstərdiyi sücaətə və nümunəvi xidmətlərinə görə, lll-II-I dərəcəli “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90-95 və 100 illik yubiley medalları ilə təltif edilib ki, bu da onun qəhrəmanlığının bariz nümunəsidir.
Şəhidimizin qardaşı Anar Mikayılovun əlləri əsə-əsə təqdim etdiyi qısa məlumatdan oxuyuruq ki, o, Vətən müharibəsindən bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasından Beyləqan-Füzuli rayonu ərazisində yerləşən “N” saylı «xüsusi təyinatlı» kəşfiyyat taboruna göndərilmişdir. Azər Mikayilovun son hərbi fəaliyyətində həmin taborun qərargah rəisi və tabor komandiri vəzifələrini icra etmişdir.
27 sentyabr 2020 — ci ildə başlayan Vətən müharibəsi zamani Azər Mikayılov qəhrəmancasına vətənin müdafiəsinə başlamışdır. O, özü və tabeliyində olan şəxsi heyətlə birgə Füzuli-Cəbrayıl-Hadrut istiqamətində ən ağır əməliyyatlara qatılmış, gedən döyuşlərə birbaşa rəhbərlik etmiş, böyuk qəhrəmanlıq nümunəsi göstərmiş, onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin — coxlu sayda yaşayış məntəqələrinin azad olunmasinda, yüzlərlə erməni faşistinin məhv edilməsində iştirak etmişdir. 12 Oktyabr 2020 ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənə agır zərbə vuraraq qəhramancasina şəhid olmuşdur.
Azər Mikayilov hərbi xidməti dövründə xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi əməliyyatlarda göstərdiyi sücaətə və nümunəvi xidməti vəzifəsinə görə aşağıdakı müxtəlif medallarla təltif olunmuşdur:
— lll dərəcəli «Qüsursuz xidmətə görə» medalı;
— ll dərəcəli «Qüsursuz xidmətə görə» medalı;
— l dərəcəli «Qüsursuz xidmətə görə» medalı — «Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı;
— «Azərbaycan Silahlı Qüvvələrinim 95 illiyi» yubiley medalı;
— «Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi » yubiley medali;
— Azərbaycan Respublikasının «Şücaətə görə» medalı;
— » Qarabağ» ordeni (ölümündən sonra) Vətən uğrunda medalı ( ölümündən sonra);
— Fizulinin azad olunması medalı ( ölümündən sonra)
Azər Mikayılov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamına əsasən, “Qarabağ” ordeninə, “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medallarına layiq görülüb. Yerin behişt olsun, komandir!
Şərəfli ömür yolu keçən, övladının ad günündə şəhid olan xüsusi təyinatlı komandir Azər Mikayılov son anda “Qarabağ Azərbaycandır!” sözlərini deyib və həyata vida edib.

Комментарии закрыты.