«Müasir Ukrayna tamamilə bolşevik, kommunist Rusiya tərəfindən yaradılıb» — Putindən daha bir İDDİA

«Ukrayna Rusiyanın tarixi torpaqlarıdır. Lenin və onun tərəfdaşları ərazilərimizi Rusiyadan qopararaq müasir Ukraynanı yaratdılar. Bu gün Ukraynanı haqlı olaraq «Leninin adına Ukrayna” adlandırmaq olar, onun müəllifi və memarı odur».

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarına telemüraciətində deyib. Putinin çıxışından bəzi başlıqları diqqətinizə çatdırırıq:

«Xruşşov Krımı Rusiyadan ayırıb nədənsə Ukraynaya verdi.»

«Lenin və onun tərəfdaşları ərazilərimizi Rusiyadan qopararaq müasir Ukraynanı yaratdılar».

«Ukraynanın şərqi — Donbass torpaqları tarixən Rusiya torpaqları olmuşdur.»

«Müasir Ukraynanın qurucusu Lenindir.»

«Ukraynadakı korrupsiya dövlətçiliyi korladı, millətçilər 2014-cü ildə Qərbin dəstəyi ilə bundan istifadə etdilər. ABŞ-ın Kiyevdəki səfirliyi effektiv mübarizə bəhanəsi ilə antikorrupsiya fəaliyyətlərinə birbaşa nəzarət edir, lakin korrupsiya həmişəkindən daha çoxdur».

«»Maydan» hərəkatına ABŞ gündə 1 milyon dollar məbləğində dəstək verirdi».

«Ukrayna xarici qüvvələrin idarəsi altındadır».

«»Maydan» Ukraynanı demokratiyaya yaxınlaşdırmadı, dibsiz uçuruma yuvarladı».

«Ukrayna üçün nüvə silahları yaratmaq digər dövlətlərdən daha asandır. Rusiya buna reaksiya verməyə bilməz».

«Qərbə meyl etmək Ukraynanı çökdürdü, Ukrayna xalqını səfil etdi».

«“Tomaqavk” qanadlı raketləri üçün Moskvaya uçuş vaxtı 35 dəqiqə, ballistik raketlər üçün 7 dəqiqə, hipersəs raketləri üçün 4 dəqiqə bəs edir. Bu, boğaza bıçaqdır.»

«Rusiyaya qəfil zərbə endirmək ehtimalı artır».

«NATO Rusiyanın təhlükəsizliyi ilə bağlı qorxularına sadəcə “tüpürür” və gələcəkdə də eyni şeyi etmək niyyətindədir, Moskva bununla razılaşmayacaq».

«Ukrayna ərazisində yerləşdirilən silahlar Rusiya ərazisini Urala qədər nəzarətdə saxlamaq imkanı verəcək».

Комментарии закрыты.