«Müəllimlərin bilik və bacarıqları hələ də dövlət standartlarını qarşılamır»- Ekspert

286

“Müəllimlərin böyük hissəsi sertifikasiyadan keçmək üçün hazırlığa gedirlər”

İctimaimedia.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elşən Qafarov qeyd edib.

Ekspert qeyd edib ki, sertifikasiyadan keçə bilməyən ilk 743 müəllim əmək müqaviləsinə xitam verildikdən sonra artıq sertifikasiyaya ciddi yanaşmağa başlayıblar:

“Müəllimlərin sertifikasiyadan keçmək adına əlavə hazırlığa getməyi qəbul edilən deyil. Hesab edirəm ki, sertifikasiya prosesi yumşaldılsa belə bəzi müəllimlərin yenə də hazırlığa ehtiyacı var. Onların bilik və bacarıqları hələ də dövlət standartlarını qarşılamır. Amma qazanan təhsil sistemi olacaq.

Çünki müəllimlərin böyük əskəriyyəti müvafiq hazırlıqlarla özlərini təkmilləşdirirlər. İstənilən halda sertifikasiya müsabiqəsinin əsas məqsədlərindən biri də müəllimlərin bilik və bacarıqları üzərində daimi olaraq işləməsidir. Bu zaman onlar öz fəaliyyətləri istiqamətində daha peşəkar olacaq. Düşünürəm ki, təhsilverənlərin sertifikasiyadan keçmək üçün hazırlığa getməsi qəbul edilən olmasa da, nəticə olaraq təhsil sisteminin xeyrinə işləyir”.

Комментарии закрыты.