Putin bəşəriyyəti gözləyən bəladan danışdı: Supermen döyüşçü-insan yaradırlar

Süni intellektin inkişafı dünya üçün çoxlu təhlükələr yaradır, həmçinin genetika sahəsində aparılan tədqiqatlar fövqəl-insanların, insan döyüşçülərinin, insan alimlərinin yaranmasına səbəb ola bilər.

Putin bu barədə amerikalı jurnalist Karlsona verdiyi müsahibədə deyib.

“Bəşəriyyətə qarşı bir çox təhlükələr var: genetika sahəsində araşdırmalar, supermen — xüsusi döyüşü insan, alim insan, idmançı insan yaradıla bilər”, — Putin deyib.

O bildirib ki, «bəşəriyyət, əlbəttə ki, genetika və ya süni intellektdə bu son tədqiqat və texnologiyaların inkişafı ilə əlaqədar onun başına nə gələcəyini düşünməlidir».

Комментарии закрыты.