İlham Əliyev qəzəblənsə… — Paşinyan Şahramanyana xəbərdarlıq edib

Ermənistan hakimiyyəti Qarabağdan İrəvana qaçan separatçılara Azərbaycan Prezidenti İlham Əliyevin qəzəbinə səbəb ola biləcək addım atmamaq tapşırığı verib. Bu barədə Samvel Şahramanyana açıq-aşkar xəbərdarlıq edilib.

İctimaimedia.az
 xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazır.

Nəşr qeyd edir ki, separatçılar hakimiyyətin bu tapşırığına əməl etmək istəmədikləri üçün onlara qarşı addımlar sətləşir.

“Şahramanyana bildirilmişdi ki, “Yerablur”a getməsinlər, o cümlədən, heç bir bəyanat yaymasınlar. Şahramanyan xəbərdarlığa məhəl qoymadı, eləcə də (qondarma) “parlamentin təmsilçiləri” müsahibələr verdilər. Əldə etdiyimiz məlumata görə, (qondarma) “artsax hərəkatı”nın yaradıcıları da toplantı keçirib, hakimiyyətə qarşı tənqidlər səsləndiriblər. Şahramanyanın mühafizəçisinin həbs edilməsi də hakimiyyətin xəbərdarlıq addımı idi”, — nəşr yazır.publika

Комментарии закрыты.