Ermənistanın region üçün qurduğu «saatlı bomba» — Dəhşət yaşana bilər
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Ümumi Sədr müavini, Iğdır Azərbaycan evi Dərnəyi Sədri, jurnalist Serdar Ünsal Ermənistanda yerləşən Metsamor atom elektrik stansiyasının bağlanmasına çağırış edib.
Ünsal, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası region üçün saatlı bomba olduğunu bildirib.
«Ermənistanda baş verən zəlzələ bunu göstərir ki, Metsamor AES mümkün qədər tez bağlanmalıdır», — deyə S.Ünsal bildirib.
Qeyd edək ki, Ermənistanın Türkiyə ilə sərhədində yerləşən Şirak şəhərində fevralın 14-də 5,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar sərhədyanı Qars, Ağrı, Iğdır və Ərdahan vilayətlərində də hiss olunub.
Gürcüstan Dünya Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi də ölkədə 6,2 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb. Iğdırın zəlzələdən zərər çəkməsi şəhərdən 15 kilometr uzaqlıqda yerləşən Metsamor Atom Elektrik Stansiyası ilə bağlı olduğu düşünülür. Vətəndaşlar zəlzələnin Ermənistanda olduğunu biləndə Metsamor AES-in partlaması və ya çatlaması ilə bağlı ikinci qorxuya düşüblər. Nüvə obyekti 2005-ci ildə istismar müddətini başa vursa da, hələ də fəaliyyətdədir.
S.Ünsal 1 zəlzələ ilə ölümə səbəb olacaq Metsamorun “Ölüm çuxurları çox təcili bağlanmalıdır”, — deyərək bağlanmasını tələb edib. O, Ermənistandakı ölüm şaxtalarının Türkiyə, Azərbaycan, Gürcüstan və İranı təhdid etdiyini iddia edib.
Iğdırda xərçəngdən ölümlərin və xərçəng xəstələrinin sayının artdığını deyən, şəhərin mərkəzinə 15 km, sərhəd kəndlərinə isə 100-200 metr məsafədə yerləşən Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasını saatlı bombaya bənzədən Ünsal deyib:
«Metsamor Atom Elektrik Stansiyası bir partlamağa hazır bombadır. Bu atom elektrik stansiyası seysmoloji aktiv xətdə tikilib. Zəlzələ olarsa Iğdırda böyük dağıntılar ola bilər. 1988-ci ildə Ermənistanda baş verən zəlzələdə atom elektrik stansiyası zədələnmişdi. Bu zəlzələdə atom enerjisi stansiya çatlamış və ətrafa radiasiya yayılmışdır. İnsanlar güclü zəlzələ zamanı dağıntılar altından sağ çıxmağı düşünsünlər yoxsa, radiasiyadan qorunmağı? Oraya dərhal beton tökülməlidir. Əyilən elektrik stansiyası bağlanmalıdır. Bu hal Azərbaycanı, İranı, Gürcüstanı, Türkiyəni təhdid edir. Uran Rusiyadan təyyarə ilə gətirilir. “Təyyarə qəzaya uğrasa, nə olacağını təsəvvür edə bilmirəm».
O həmçinin bildirib ki, Ermənistan prezidentinin «Metsamor Atom Elektrik Stansiyasını 2040-cı ilə qədər istismar etmək çağırışı ölümlərə və 2-ci Çernobıla dəvətdir. Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası 1988-ci ildə 6,9 bal gücündə zəlzələdə zədələndiyi üçün dərhal fəaliyyətini dayandırır. Zədələnən Metsamor 1995-ci ildə yenidən istifadəyə verilib. 1970-ci illərdə Sovetlər Birliyi dövründə primitiv texnologiya ilə tikilib. Iğdırdan 16 km, Qars mərkəzindən 60 km, İrəvandan 40 km məsafədə yerləşən Metsamor Atom Elektrik Stansiyası Qafqaz regionunu təhdid edir.
Serdar Ünsal onu da bildirib ki, beynəlxalq Ekoloji təşkilatlar Ermənistana təzyiq etməli və Avropa İttifaqı Metsamor AES-i 2026-cı ilə qədər bağlamalıdır. BAKU.WS
Комментарии закрыты.