“Paşinyan İlham Əliyevdən qorxur”- Erməni deputatdan ŞOK AÇIQLAMA
“Nikol Paşinyan İlham Əliyevlə təkbətək görüşlərdə özünü qorxaq kimi aparır. Bəli o, İlham Əliyevdən qorxur”- bunu “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan yazıb.
“30 ildən artıqdır ki, Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsipini, Azərbaycan tərəfi isə ərazi bütövlüyü prinsipini təbliğ edir. Vasitəçilər bu iki prinsipi birləşdirərək ortaq məxrəcə gəlməyə çalışdılar. Lakin Paşinyanın qorxaq siyasəti nəticəsində biz çox şey itirdik. Qazanan Azərbaycan oldu. Artıq bu siyasətin nəticəsidir ki, Qarabağın statusu tarixin zibilliyinə atıldı”- deyə deputat qeyd edib.
Комментарии закрыты.