Makronsayağı söz azadlığı: Strasburqda jurnalistlər etiraz əlaməti olaraq mətbuat konfransını tərk etdilər
Fransa prezidenti Emmanuel Makron Strasburqda keçirilən Avropa Parlamenti (AP) Baş Assambleyasının sessiyasında ölkəsinin Avropa İttifaqı sədrliyi proqramını təqdim etdikdən sonra AP-nin yeni sədri Roberta Metsola ilə kameralar qarşısına keçib.
Lakin mətbuat konfransı zamanı jurnalistlərə prezident və parlament sədrinə sual verilməyəcəyi bildirilib. Makron bunun səbəbini 2021-ci ilin dekabrında Parisdə böyük mətbuat konfransı keçirməsi ilə izah edib. O, yenidən mətbuatın suallarını cavablandırmağa ehtiyac olmadığını deyib.
Buna etiraz əlaməti olaraq çox sayda media mənsubu tədbiri tərk edib.
İnsidentdən sonra jurnalistlər “Twitter”də məsələ ilə bağlı mənfi paylaşımlar edərək baş verənlərə neqativ reaksiya veriblər.
Mənbə: TRT
Комментарии закрыты.