10 ən yaxşı sevgi filmi — Siyahı
1) Rüzgar kimi keçdi (Gone With The Wind — 1940)
Film 9 nominasiyada “Oskar” mükafatına layiq görülüb.
2) Kasablanka – 1944
“Ən yaxşı film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor” nominasiyalarında “Oskar” mükafatı qazanan film beynəlxalq arenada daha bir neçə mötəbər mükafata layiq görülüb.
3) İnsanlar qocalanda (From Here to Eternity — 1954)
Film 8 “Oskar” mükafatına layiq görülüb. Ceyms Coysun eyni adlı romanı əsasında çəkilib.
4) Giqi – 1959
Vinset Minellinin çəkdiyi film 9 nominasiyada “Oskar” mükafatı alaraq ovaxtkı rekordu təzələmişdi.
5) Qərb tərəfinin hekayəsi (West Side Story — 1961)
Musiqiləri ilə tarixə keçən film 10 “Oskar” mükafatı qazandı.
6) Annie Hall – 1977
Vudi Allenin avtobioqrafik filmi 5 nominasiyada “Oskar” mükafatı qazanıb. Baş rolu rejissorun özü canlandırıb.
7) Mənim Afrikam (Out of Africa — 1986)
Film 7 “Oskar”, 3 “BAFTA”, 3 “Qızıl Kürə” və ümumi 22 beynəlxalq mükafata layiq görülüb.
8) İngilis pasiyent (The English Patient — 1996)
Antoni Mingellanın çəkdiyi film “Ən yaxşı film” də daxil olmaqla 9 nominasiyada “Oskar” mükafatı almışdır. Maykl Ondatjenin eyni adlı romanı isə son əlli ilin ən yaxşı romanı seçilib.
9) Titanik – 1997
Ceyms Kameronun çəkdiyi film 11 nominasiyada “Oskar” mükafatı qazanıb. Baş rollarını Leonardo Dikaprio və Keit Vinseltin canlandırdığı film məşhur Titanik faciəsindən bəhs edir.
10) Aşiq Şekspir (Shakespeare in Love — 1998)
Romantik-komediya janırında çəkilmiş film 7 nominasiyada “Oskar” mükafatı qazandı. Film dahi şairin bir aktrisa ilə eşq macərasından söhbət açır.
Kulis.az
Комментарии закрыты.