Vardanyan Bakıda neft quyusunu ələ keçirmək istəyib — Gizli detallar açıldı

Qarabağda separatçı fəaliyyətinə görə hazırda Bakıda həbsdə olan Ruben Vardanyanın Azərbaycanla bağlı sensasiya sayılacaq planı ortaya çıxıb.

İctimaimedia.az
 xəbər verir ki, Vardanyan dünyada çirkli pulların yuyulması ilə tanınan “Troyka Dialoq” təşkilatının vasitəsilə Bakıda neft quyularından birini ələ keçirməyə çalışırmış.

Bu məlumat erməni iqtisadçı Tatul Manaseryanın Vardanyanın səhmdarı olduğu “Ameriabank”ın satılması ilə bağlı açıqlamasında ortaya çıxıb. Ermənistanda iddia olunur ki, “Bank of Georgiya”nın “Anmeriabank”ı almasının arxasında Azərbaycan dayanır. Manaseryan bunun ola biləcəyini istisna etmir və uzun illər əvvəl Ruben Vardanyanın planını xatırladır.

“Vardanyan qurduğu “Troyka Dialoq” təşkilatının köməyi ilə Bakıdakı neft quyularından birini almağa çalışıb. Azərbaycan bunun arxasında kimin dayandığını, hansı kapitalın olduğunu anlayıb. Nəticədə onlar bunun qarşısını aldılar. Azərbyacan indi Vardanyanın bankını hədəfə ala bilər”, — erməni iqtisadçı bildirib.publika

Комментарии закрыты.