Şah İsmayıl barədə kitabın nəşrinə icazə verilmədi
İranın İrşad və Mədəniyyət Nazirliyi azərbaycanlı yazıçı, sosioloq və universitet müəllimi Mir Cavad Mirinin Şah İsmayıl Xətai barədə yazdığı kitabın nəşrinə icazə verməyib.
İctimaimedia.az xəbər verir ki, bu barədə yazıçı özü məlumat yayıb.
“İrşad və Mədəniyyət Nazirliyi 5 ay süründürməçilikdən sonra 174 səhifəlik kitabın 150 səhifəsinin ləğv ediləcəyi təqdirdə nəşrinə icazə veriləcəyini dedi”, — Miri bildirib.
Qeyd edək ki, Cavad Miri İran Prezidenti Məsud Pezeşkianın ölkədə qeyri-fars dillərin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icrası üçün qurduğu “15-ci Prinsip Komitəsi”nin rəhbəridir.kult.az
Комментарии закрыты.