Kəlbəcərdə ilk dəfə atamın məzarını görəndə ürəyim çox yandı

Kəlbəcərdə ilk dəfə atamın məzarını görəndə ürəyim çox yandı bu yanğımı, şerim ilə. qələmə aldım öz doğma vətənimdə.
Müəllif

ATA!

Ziyarətinə, gəlmişəm,

Dur görüşək, canım ata.

Bu günü, çox gözləmişəm,

Dur görüşək, canım ata.

Həsrətin, ürəyimdədi,

Kədərin,  gözlərimdədi,

Cəsarətim, səninlədi,

Dur görüşək, canım ata,

Burdan aldım, sorağını,

Gəl qarşıla, qonağını.

Açdım sənə, qucağımı,

Gəl görüşək, canım ata.

Gəldim, məzarına sənin,

Bu buz otağına sənin.

Gəldim, ayağına sənin,

Dur görüşək, canım ata.

Damarımda, qanım sənsən,

Mənim özüm, canım sənsən.

Burda, qol-qanadım sənsən,

Dur görüşək, canım ata.

Nuridəyəm, mən balanam,

Gəldim,  başına dolanam.

Bu həsrətinə, qurbanam,

Dur görüşək, canım ata.

Kəlbəcər, Dəmirçidam kəndi

Noyabr -2023-cü il

AY BACIM!

Gözlərimin, bəbəyisən,

Ürəyim sənsən ay bacım.

Sən hər zaman,  gərəyimsən,

Ürəyim sənsən ay bacım.

Dilimin sən, əzbərisən,

Günəşimsən, səhərimsən.

Hara getsəm, mənimləsən,

Ürəyim sənsən ay bacım.

Nuridəyəm, qol-qanadım,

Səninlədi bu həyatım.

Canımsan, dövlətim varım,

Ürəyim sənsən ay bacım.

Nuridə BƏXTİYARQIZI

Комментарии закрыты.