Bu mahnı səslənəndə düşmən də atəşi saxlayırdı

İctimaimedia.az müharibədən bəhs edən ən məşhur mahnılarımız haqda maraqlı faktları təqdim edir.

Azərbaycanın ən gözəl müharibə mahnıları 90- cı illərdə baş verən Qarabağ müharibəsi zamanı yazılıb. Böyükdən kiçiyə hər kəsin dilində əzbər olan Cavanşir Quliyevin bəstələdiyi “Əsgər marşı” Laçın batalyonunun təşəbbüsü ilə ərsəyə gəlib. 1992-ci ilin fevral ayında Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də daxil olmaqla bir qrup incəsənət xadimi Laçına gələrək əsgərləri ziyarət edir. Əsgərlər batalyonun qurucusu Arif Paşayevin bəstələdiyi “Laçın batalyonunun marşı”nı ifa etdilər. Marşın sözləri bəstəkarın xoşuna gəlib. Bundan təsirlənən bəstəkar indiki məşhur əsgər marşını yazıb.

“İgid əsgər”

Azərbaycanın məşhur müharibə mahnılarından biri də Şahin Musaoğlunun bəstələdiyi “İgid əsgər” mahnısıdır. Müəllifin dediyinə görə mahnının sözləri və musiqisi ayrı-ayrı vaxtlarda yazılıb. Sözlərlə musiqinin yazılması arasından təxminən il yarım müddət var. Şahin Musaoğlu “İgid əsgər” mahnısının sözlərinin ilk versiyasını “Şıxov” batalyonu Şəhidlər Xiyabanında and içib cəbhəyə yola düşəndə yazıb. Milli Qəhrəman Yusif Mirzəyev mahnını çox bəyənib və əsgərlərinə bu mahnını öyrətməyə başlayıb. Müharibə yeni başlayanda
Şəmistan Əlizamanlı Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə ilk ifa edəcəyi mahnısını ona həsr edəcəyinə söz verir. Və çox keçmir Yusif Mirzəyev döyüşlərin birində şəhid olur. Şahin Musaoğlunun bəstələdiyi və şer yazdığı «İgid əsgər» mahnısı Yusif Mirzəyevin qəhrəmancasına vəfatından sonra ona həsr olunur.

Комментарии закрыты.