Beyləqanda məktəbli bıçaqlandı: 7-ci sinif şagirdi saxlanıldı
Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
İctimaimedia.az xəbər verir ki, hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H.Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H.Qasımlı tərəfindən bıçaqlanıb.
Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.APA
Комментарии закрыты.