“Zabitimizin qisası birə on alınmalıdır” — Açıqlama

“Bir neçə saat öncə Qubadlı istiqamətində Ermənistan tərəfindən açılan atəş nəticəsində baş leytenant Rövşən Məmmədov yaralanıb və bu Azərbaycanın səbir kasasında son damla olmalıdır”. 

Bu bəyanatla hərbi ekspert Ədalət Verdiyev çıxış edib.

O, bildirib ki, zabitimizin qanı yerdə qalmamalıdır:

“Zabitimizin qisası isti-isti, həm də birə on alınmalıdır. Atəş açılan düşmən mövqeyinin əhəmiyyəti varsa, həmin ərazidə Azərbaycan Əsgəri Azərbaycan Bayrağı qaldırmalıdır. Yoxdursa, erməni ordusunun mövqeyi darmadağın edilməli, həmin mövqedə düşmən yerləşməsinə imkan verilməməlidir”.

Комментарии закрыты.