Zəngibasar niyə Masis adlandırılıb? — VİDEO

Mərkəzi Uluxanlı kimi tanınan, əhalisi erməni zülmündən pərən-pərən düşərək müxtəlif ərazilərə səpələnən Zəngibasar rayonu haqqında süjet hazırlanıb.

«Qarqar, subar, qamər, sak və digər türk tayfalarının məskəni» adlı süjetdə tarixin müxtəlif dövrlərində ermənilərin həyata keçirdiyi təcavüz nəticəsində Azərbaycan ərazisi və əhalisinin param-parça edildiyi, qandonduran hadisələrin, faciə və məşəqqətlərin haylar tərəfindən planlı şəkildə reallaşdırıldığı bildirilib.

Qeyd olunub ki, Zəngibasar adı bu yerlərdən keçən Zəngiçayın adından götürülüb. «Zəngi» coğrafi adı isə türk tayfalarının birinin adından götürülüb. Mühüm strateji əhəmiyyətə malik olan bu ərazidə eradan əvvəl II minillikdən üzübəri bura qarqar, subar, qamər, sak və digər türk tayfalarının yurd yeri olub.

Yerli əhalisi türklər olan bu əraziyə ermənilər 1828-ci ildən sonra etnik tərkibin dəyişdirilməsi məqsədilə İran və Türkiyədən kütləvi şəkildə köçürülüblər. Bundan sonra haylar havadarlarının köməyi ilə yerli əhaliyə qarşı müxtəlif fitnə-fəsadlara əl atıblar. 1920-ci ilə qədər ermənilərin törətdiyi hadisələr zamanı təkcə Uluxanlıda 2568 nəfər azərbaycanlının yarısı qırılıb və bu əraziləri tərk edib, Türkiyə və Naxçıvan ərazisinə keçib.

Ətraflı videoda:

https://baku.tv/id-146882

Комментарии закрыты.