Xameneinin varisi öldü: yeni varis kim olacaq?

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması İran dini lideri Əli Xameneinin oğlunu atasının əsas mümkün varisi edir.

Bu barədə “Politiko” qəzeti məlumat yayıb.

Məlumata görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun İran dini liderini əvəz edə biləcəyi ilə bağlı iddialara səbəb olmuşdu.

“İndi Rəisinin ölümü ilə ölkədə və xaricdə Xameneinin vəzifəsinə əsas namizədin oğlu Müctəba olacağına daha çox əminlik var”, — “Politiko” yazıb.

Комментарии закрыты.