Türklərin Qafqazdan Altaya e.ə. II minillikdə köçməsini sübut edən dəlil — VİDEO

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Türklərin Qafqazdan Altaya e.ə II minillikdə köçməsini sübut edən dəlil” adlı veriliş efirə gedib.

İctimaimedia.az xəbər verir ki, verilişdə erməni arxeoloqlarının Qərbi Azərbaycan ərazisində, xüsusən də Göyçə-Şəmşəddil bölgələrində apardıqları qazıntılardan, “Tava Təpə”də tapılan nümunələrdən bəhs olunur.

Bildirilir ki, böyük türk mədəniyyətinin izləri bu gün Qərbi Azərbaycan ərazisində aparılan qazıntılar zamanı üzə çıxır:

“Böyük və Kiçik Qafqazın kəsişmə nöqtəsi, böyük yaylaq əraziləri ilə qışlaq məntəqələrinin sərhədində yerləşən “Tava Təpə” hərbi strateji mövqeyi ilə bərabər, sakral mənaları olan ərazidir. “Tava Təpə”də tapılan nümunələr Qafqaz ərazisində yaşayanların kimliyini, məişətini, inanc və adətlərini dəqiq müəyyən etməyə əsas verir”.

Fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tarixi faktlara nəzər salaraq deyir ki, “Tava Təpə” abidəsi təxminən 2005-ci ildən elmə məlum idi:

“Amma ərazidə bu günə qədər arxeoloji qazıntı işləri aparılmayıb, yalnız bizə yerüstü materiallar əsasında müəyyən ilkin informasiyalar verilib. “Tava Təpə” çox strateji bir yerdədir. Bu, Böyük Qafqazla Kiçik Qafqazın bir-birinə ən yaxın olduğu yerdədir”.

Комментарии закрыты.