Sənin ömrün əbədidir, KƏLBƏCƏRİN İGİD OĞLU

Ailənin gülərüzlüsü, qayğıkeş, həlim övladı Saməddin həm də çox zəhmətkeş olub. Murovdağ döyüşləri zamanı yaralanıb, amma geri çəkilmədən təkrar döyüşlərdə iştirak edib. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Calut kəndində dəfn olunub.

Saməddin Əmrahov 1978-ci il oktyabrın 2-də Kəlbəcər şəhərində anadan olub.Saməddin Əmrahov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Oğuz rayonunun Calut kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra «Kəlbəcərin azad olunmasına görə» medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Əmrahov ölümündən sonra «Hərbi xidmətlərə görə» medalı ilə təltif edildi. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Aysu adında qızı və Şamil adında oğlu yadigar qaldı.

Комментарии закрыты.