Sən də özünü gözlə, cənab Putin !

İstinad etdiyimiz mənbədə Rusiyada XVII-XX əsrlər arasında baş vermiş sui-qəsdlərin siyahısını dərc edilib. Bu məlumatda sonuncu yerdə Qorbaçova qarşı sui-qəsd dayanır.

Sui-qəsd — cinayət törədilməsi mərhələlərindən biri.

Seçilmiş vasitələrdən asılı olaraq yararlı və yararsız sui-qəsd ola bilər.Sui-qəsdə görə cəza qanuna əsasən təyin olunur: bu zaman hərəkətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi,cinayətkar qəsdin həyata keçirilməsi dərəcəsi və cinayətin başa çatdırılması səbəbləri nəzərə alınır.

1682 — Boyar Miloslavskilərin I Pyotra qarşı hazırlanmış sui-qəsdi. Pyotr və İvan qardaşlarının hakimiyyətə gəlməsi və idarə işlərinin şahzadə Sofiyanın əlinə keçməsi ilə nəticələndi.

1689 — Şahzadə Sofiya və atıcıların I Pyotra qarşı sui-qəsdi.Sui-qəsd iflasa,atıcıların edamına və Sofiyanın həbs edilməsinə gətirib çıxartdı.

1741 — Qvardiyaçıların sui-qəsdi.İmperatriça Yelizaveta Petrovnanı taxta çıxartdı.

1762 — Qvardiya zabitlərinin sui-qəsdi.III Pyotru devirib II Yekaterinanı hakimiyyət başına gətirdi.

1801 — Sankt-Peterburqun general-qubernatoru Qraf Palenin sui-qəsdi.I Pavel öldürülür,I Aleksandr taxta çıxır. 1825 — Dekabristlərin I Nikolaya qarşı hazırladığı sui-qəsd.İflasa uğradı,başçılar edam olundu.

1849 — I Nikolayın hakimiyyəti dövründə petraşevçilərin sui-qəsdi.Petraşevçilərin,o cümlədən Dostoyevskinin katorqaya məhkum olunması ilə nəticələndi.

1881 — Narodovolçuların sui-qəsdi.II Aleksandr öldürüldü 1917 — Kerenskinin Müvəqqəti hökümətinə qarşı general Kornilovun sui-qəsdi.Məğlubiyyətə uğradı.

1917 — Leninin başçılığı ilə bolşeviklərin Müvəqqəti hökümətə qarşı sui-qəsdi.Bolşeviklər hakimiyyəti ələ aldılar.

1918 — Sol eserlərin sui-qəsdi.Bolşeviklərə qarşı hazırlanan bu sui-qəsd müvəffəqiyyətsizliyə uğradı.

1921 — Bolşeviklərə qarşı Kronştadt qiyamı.Yatırıldı

1921 — Petroqradda nəzərdə tutulan monarxiya sui-qəsdi.Güllələnənlər arasında «Taqantsev işinə» görə Qumilyov da vardı.

1937 — Stalinə qarşı nəzərdə tutulan «generallar» sui-qəsdi.Generallar güllələndilər.

1953 — Beriyanın sui-qəsdi.Jukovun köməkliyi ilə ləğv edildi.Beriya güllələndi.

1957 — Maenkov,Kaqanoviç və Molotov qrupunun Xruşşova qarşı sui-qəsdi.Müvəffəqiyyət qazanmadı.

1964 — Brejnevin Xruşşova qarşı sui-qəsdi.Xruşşov vəzifəsindən kənar edilir,Brejnev hökmranlığa başlayır

1991 — Qorbaçova qarşı DFVK «səkkizliyinin» sui-qəsdi.DFVK üzvləri həbsə alındı.

P.S Rusiya tarixində hazırlanmış bu sui-qəsdlərə nəzər salsaq, görərik ki, təkcə nəticəsi baxımından deyil, həm də icrası baxımından uğurlusu da olub, uğursuzu da.

Ancaq gəlin diqqətli olaq. Həm o dövr üçün, həm də bu gün üçün əhəmiyyətlisini və əhəmiyyətsizini ayıranda səhvə yol verməyək

Təqdim etdi: Arzu

Комментарии закрыты.