Şəhid İsa Kəlbiyevin bacısı: «Dedi, qayıtsam, o qızı mənə alarsınız» — VİDEO

Adını tarixə yazan Azərbaycanın qəhrəman oğulları arasında şəhid xüsusi təyinatlı İsa Kəlbiyevin də imzası var.

Cəlilabadın Göytəpə şəhərindən olan şəhidinin doğmaları onun döyüş yolundan Baku TV-yə qürurla danışıblar.

Şəhidin atası Rəhim Kəlbiyevin sözlərinə görə, İsa məktəbdə şəhidlərlə bağlı keçirilən tədbirlərdə yüksək fəallıq göstərib:

«Tədbirlərdə həmişə şəhid rolunu oynayırdı. Həyat belə gətirdi ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etdi. Düşmənə öz hünərini lazımınca göstərdi».

Bacısı Rəhilə Kəlbiyeva isə İsanın sevdiyi qızla bağlı son sözlərini xatırlayıb:

«Gedəndə mənə şəklini vermişdi ki, sağ qayıtsam, onu mənə alacaqsınız. Həmin qız hələ də qardaşımın yolunu gözləyir».

Daha ətraflı süjetdə:

Комментарии закрыты.