Rusiya-Ukrayna-ATƏT üçtərəfli görüşü İstanbulda keçirilə bilər

Rusiya-Ukrayna gərginliyi fonunda Ukrayna-Rusiya-ATƏT Üçtərəfli Təmas Qrupunun növbəti görüşü İstanbulda baş tuta bilər.

Bu barədə Türkiyə mediası diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşün vaxtı hələ dəqiqləşməyib.

Qeyd olunub ki, Rusiya-Ukrayna gərginliyi ilə bağlı Türkiyənin mövqeyi aydındır. Bu, gərginliyi azaltmaq, dialoqu gücləndirmək və münaqişənin qarşısını almaqdan ibarətdir.

Mənbə: “Haber Global”

Комментарии закрыты.