Rusiya mediasından ŞOK xəbər: Putin minlərlə hərbçini ölümə verdi və məğlub oldu

Rusiyanın Ukraynaya qarşı elan etdiyi müharibə ilk ağır nəticələrini verməkdədir. Rusiya dünya tarixində görünməyən total təzyiq və sanksiyalara məruz qalıb. Cəbhədən də ağır xəbərlər gəlir. Rusiya hərbçilərinin bütün cəhdlərinə baxmayaraq, Ukraynanın heç bir böyük şəhərini tuta bilməyiblər.

Artıq müharibəni dayandırmaqla bağlı daha ciddi səslər eşidilməyə başlayır.

Bu arada Rusiyanın “Sut sobitiy” (Hadisələrin məğzi) elektron nəşri yazır: “Müharibənin 3-cü günü. İtkilər çoxdur, xüsusən desantlar arasında. Təkcə bu gecə Kiyev ətrafında Ağ kilsə yaxınlığında iki İl-76 təyyarəsi vurulub. İrəliləyiş demək olar ki, yoxdur. Hər yerdə ağır döyüşlər gedir. İndiyə qədər Ukraynanın heç bir iri şəhər alınmayıb. Belarus istiqamətindən Ukraynaya tərəf “İskəndər”lər gedir. Artıq aydındır ki, Putinin planı baş tutmadı. Təcili danışıqlar lazımdır. Bu dəliliyi dayandırmaq vaxtıdır”.

Комментарии закрыты.