Rusiya, İran və Çin birgə hərbi təlimlərə başlayır

Rusiya, İran və Çin birgə hərbi dəniz təlimləri keçirməyi planlaşdırır.

Bu barədə Rusiya Sakit okean Hərbi Dəniz Donanması məlumat yayıb.

Təlim Fars körfəzi ərazisində keçiriləcək.

Qeyd olunur ki, təlimlərin əsas vəzifəsi beynəlxalq gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və dəniz quldurlarına qarşı mübarizə üzrə tədbirlərin işlənib hazırlanmasıdır.

Mənbə: RİA Novosti

Комментарии закрыты.