Rusiya 3 istiqamətdə, 75 qırıcı ilə Kiyevə hücum edir

Rusiya Ukraynada qalib gələrsə, Moskvanın müasir SSRİ olacaq ittifaq qurmaq imkanı genişlənə bilər. ABŞ hazırda Rusiyanın Ukraynaya hücumuna qarşı genişmiqyaslı sanksiya strategiyasını tətbiq edir və açıqlanan rəqəmlər rusları çətin günlər gözlədiyini göstərir. Lakin bu sanksiyaların Rusiyanın Ukraynanı ələ keçirmək planının qarşısını alacağı inandırıcı deyil. Putin Kiyevi işğal etmək və Zelenskini devirmək istəyində israrlıdır. Pentaqon da rusların 75 döyüş təyyarəsi və quru qoşunları ilə üç istiqmətdən Kiyevə hücum etdiyini təsdiqləyir.

İctimaimedia xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı paylaşıb.

“Kiyevin 10 kilometrliyindəki Qostomel şəhərindəki “Antonov” aerportunu ələ keçirən ruslar desant qüvvələrinin bölgəyə endirilməsi üçün buradan istifadə edir və məlumatlar da göstərir ki, Zelenskiyə qarşı xüsusi əməliyyat keçirilə bilər.

Putin Ukraynada istəyinə nail olsa, bu, postsovet məkanına yaxşı gələcək vəd etmir”, — politoloq qeyd edib.

Комментарии закрыты.