“Rossiya 1″dən skandal iddia – Siyahıda Ərdoğan da var — VİDEO

Rusiya dövlət televiziyası “Rossiya 1” kanalında skandal açıqlama yayımlanıb.

Haberler.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinə yaxınlılığı ilə tanınan aparıcı Dimitri Kiselyov böyük bir iddia ilə çıxış edib.

Aparıcının iddialarına görə, Ukrayna ordusu ölkənin şərqində minlərlə insanı qətlə yetirib.

Dimitri Kiselyov bu gərginliyin arxasında Qərb liderlərinin olduğunu bildirib.

“Bu müharibədə kimlər maraqlıdır”, aparıcı deyib və efirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa lideri Emannuel Makron və İngiltərə Baş naziri Boris Consonun fotoları göstərilib.Qaynarinfo

Комментарии закрыты.