RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ İŞLƏMİŞ BALDIZI OĞLU SAXLANILDI — AMEA-nı de-fakto idarə edirdi

AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.

İctimaimedia Unikal.org-a istinadla xəbər verir ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. 

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin baldızının — arvadı Qalina Yuryevnanın bacısının oğludur.

O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar da onun köməkçisi işləyib.

Qeyd edək ki, AMEA-da baş verən bütün qanunsuzluqların başında da E. Əmirovun dayandığı bildirilir.

Комментарии закрыты.