«Ər-arvadın məqsədi odur ki, ölkə məhv olsun»

”Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanda heç vaxt belə anarxik vəziyyət olmayıb”.

İctimaimedia.az xəbər verir ki, bu fikirləri erməni insan haqları üzrə müdafiəçi Larisa Alaverdyan bildirib.

Onun sözlərinə görə, “Əliyev bütün bu ərazini azərbaycanlıların tarixi vətəni hesab edir. Əliyev sülh müqaviləsi imzalamaq fikrində deyil, o, təslim olmuş dövlətə öz tələblərini təqdim edir və mən düşünmürəm ki, indiki hakimiyyətin bundan xəbəri yoxdur. Mən qeyd etmək istəmirəm ki, 2020-ci ildə müharibə planlaşdırılırdı, Ali Baş Komandan bunu etiraf etdi, 2023-cü ildə tərksilah da Ali Baş Komandanın əmri idi. O, 2018-ci ildən bəri dediklərimi təsdi edər ki, bu hökumət nə vaxtsa Qarabağı Azərbaycana vermək üçün planlar qurub. Amma məsələ indi təkcə Qarabağla məhdudlaşmır.

“Bütün bunların məqsədi, birincisi, Qarabağı Azərbaycana vermək, ikincisi, Ermənistanı Azərbaycanın və Türkiyənin ilhaqına çevirmək idi. Paşinyan deyir ki, Qarabağı itkilər olmadan da verə bilərdim. Amma Stepanakertdə (Xankəndidə-red) olanda “Qarabağ “Ermənistandır və nöqtə” deməklə böyük faciənin və müharibənin əsasını qoydu”.

Larisa Alaverdyan Paşinyan və onun həyat yoldaşının anarxiya ölkəsində göstərdiyi fəaliyyəti belə şərh edib:

“Baqrat Srbazan əvvəllər velosiped sürdüyünü xatırladıqdan sonra Paşinyan velosiped sürməyə başlayıb. Bu, yetişməmiş zehnin reaksiyasıdır. Ər-arvadın ardıcıl siyasəti ondan ibarətdir ki, Ermənistanı tamamilə  məhv etsinlər, Zəngəzur dəhlizini Qərbin dəhlizinə çevirsinlər ki, Mərkəzi Asiya Rusiyadan yox, onlardan asılı olsun. Onlar istəyirlər ki, bütün dövlətlər onlardan asılı olsun. Məgər həmin Mərkəzi Asiya ölkələri bunu başa düşmürlərmi? Onlara elə-belə baxmayın, belə ambisiyaları olan Özbəkistanı, Qırğızıstanı, Qazaxıstanı yaxşı tanıyıram…

Mən heç vaxt məmur arvadının çox dəbli qısa tumanlarına fikir verməzdim, əgər bu, açıq-saçıq olmasaydı. Hər şeyin qaydasında olduğunu göstərirlər. 6 ildə yoxsulluq ifrat səviyyədə artıb, dərman idxalı çoxalıb. Ağır və daha ağır cinayətlərin sayı günü-gündən çoxalır. Ər-arvad öz ölkəsinə xaos gətirib”.KONKRET.az

Комментарии закрыты.