QOŞA QANADLAR: İfaları ilə yaddaşlarda qalan CÜTLÜK

Azərbaycan xalqının bədii mədəniyyəti və incəsənəti tarixində həyatını bütövlüklə muğamata bağlamış ustadlar – dünya şöhrətli tarzənlər az olmamışdır.

Bu isə, Azərbaycan türklərinin XII-ci əsrdən başlayaraq ta XIX-cu əsrin birinci yarısını əhatə etməklə qurduqları möhtəşəm dövlətçilik ənənələrindən irəli gəlir. Belə ki, orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərən dünya şöhrətli böyük şairlərin və filosofların, o cümlədən Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin əsərlərində həmin dövrdə muqamların – yəni musiqi ilə əruzlu şeir və rəqsin eyni zamanda ifası yalnız padşahların saray məclislərində təşkil edildiyi barədə göstərilirdi. Tədricən zahirən asan görünən, lakin kifayyət qədər mürəkkəb hesab olunan fəlsəfə təfəkkürünə əsaslanan bu musiqi janrı xalqın milli təfəkkürün formalaşdırılması və inkişafında müəyyən rol oynadığına görə, onun – yəni muğamların xalq arasında qəbul olunması və geniş yayılması təmin edilmişdir.

Nəticədə, Azərbaycan Xalqı göstərilən müddət ərzində millət kimi təşəkkül etdiyi bir dövrdə dünya xalqlarının incəsənətində formalaşdırılmış müsiqi sənətlərindən fərqlənən təkrarolumaz, zənginliyi ilə xarakterizə olunan, özünəməxsus ənnənələrə əsaslanan milli musuqi janrlarının yaranmasına nail olmuşdur.

Başqa sözlə, Azərbaycan tarzənləri Azərbaycan muğamlarının firtuoz ifaları ilə yanaşı, həmçinin bu muğamların dünyada geniş yayılmasını, tanınmasını təmin edən müsiqişünas-alim fəaliyyət göstərən ad san qazanmış görkəmli incəsənət xadimləri kimi xalqın yaddaşşında, əbədi olaraq hörmətlə xatırlanırlar.

Müasir dövrümüzdə milli musiqi mədəniyyətimizin belə gorkəmli simalarından biri, ozunəməxsus mahir ifaçılıq sənəti ilə Respublikamızda və onun kənarında tanınmış və nufuz qazanmış tarzən – Respublikanın xalq artisti, Həbib Bayaramovun yaradıcılığını qeyd etmək lazımdır.

Həbib Bayramov 1926–cı ildə Bakıda anadan olmuşdur. Hələ kiçik yaşlarından balaca Həbibin xalq musiqisinə və tara olan böyük sevgisini görən atası, onu 13 yaşından musiqi məktəbinə, Azərbaycan xalqının məşhur musiqicilərindən olmuş unudulmaz tarzən və pedaqoq, respublikanın xalq artisti, parlaq istedadı, zəngin bilik və təcrubəsi, əsl sənət eşqi ilə milli musiqi mədəniyyətimizin inkişafında boyuk xidmətlər gostərmiş Əhməd Bakıxanovun yanına aparır.

Dünya musiqi aləmində Azərbaycan tarının möhtəşəmliyini layiqincə tanınmasını təmin edən Sadıqcanın, Uzeyir Hacıbəyovun, Əhməd Bakıxanovun və Azərbaycan muğamının ifaçılıq sənətində adl-sanl qazanmış başqa ustad-tarzənlərimizin irsini dərindən öyrənərək, Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm əlaçı tələbə kimi təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində müəllim kimi ustad muqam ifaçılardan bu sənətin sirlərini öyrənmiş və biliklərini təkmilləşdirilmişdir.

Təhsil aldığı müddət ərzində Həbib Bayramov, həmçinin 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışmışdır. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert birliyi təşkil olunandan sonra ustad

sənətkar həmin birliyin solisti təyin olunmuş, 1973-cü ildən isə ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri kimi yaradıcılıq fəaliyyətini davam etdirmişdir.

Görkəmli tarzənlə çiyin-çiyinə çalışan Xalq Artisti xanəndə Canəli Əkbərov, yetirmələri olan Xalq artistləri – tarzən Möhlət Müslümov, kaman ustası Fəxrəddin Dadaşov, dirijor Ağaverdi Paşayev, Əməkdar Artist Nazim Əsədullayev və başqaları onun musiqi aləmində keçdiyi şərəfli həyat yolundan, davamçılarına olan doğma münasibətindən söhbət açıblar.

Görkəmli tarzən Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi Azərbaycan incəsənətinin inkişafında böyük xidmətlər göstərmiş sənətkarları tarda müşayiət etmişdir.

Həbib Bayramovun uğurlu sənət yolunu Respublikamızda və onun kənarında keçirilmiş anşlaqlarla yaddaqalan konsertlərdə tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmiş və onun bu sənətdə yaradıcılıq fəaliyyəti fəxri adlarla təltif edilmişdir. Belə ki, istedadlı tarzənin xaricə ilk səfəri 1951-ci ildə olmuşdur. Tələbələrin Berlində keçirilən üçüncü ümumdünya festivalında iştirak edərək o laureat adını qazandıqdan sonra Həbib Bayaramov Polşada, Kanadada, Suriyada, İordaniyada, Hindistanda, Əfqanıstanda, Türkiyədə, İranda, İraqda, Danimarkada, Avstriyada, Fransada və digər ölkələrdə təşkil olunmuş möhtəşəm konsertlərdə iştirak edərək özünü mahir və virtuoz tarzən kimi təsdiq etmiş, Azərbaycan Xalq musiqisinin və tarının xaricdə tanınması və şöhrət tapmasında ustad-sənətkarın da böyük rolu olmuşdur.

Tarzənlər içində virtuoz ifaşılıq məharəti ilə daim seçıldiyinə və xalq arasında sevilib, şöhrət taptığına görə Həbib Bayramovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o Azərbaycan Respublikasının Xalq Artisti adına layiq görülmüşdür.

Məşhur tarzənin repertuarında “Rast”, “Şur”, “Çahargah”, “Segah”, “Xaric segah”, “Orta mahur” muğamlarına əsas yer verilmişdir.

Həbib Bayramov həmçinin, gözəl saz ifaçısı kimi yadımızda qalmış və onun ilk növbədə sazda ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamlarını qeyd etmək lazımdır.

İstedadlı tarzənin istər tarda, istər isə sazda ifa etdikləri muğamalr Azərbaycan Radiosunun “Qızıl fond”unda saxlanılır.

Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat etmiş və Bakıda II Fəxri xiyabanda dəfn olunmuşdur.

Həbib Bayramovun həyat yoldaşı tanınmış xanəndə Tükəzban İsmayılova olmuşdur.

Tükəzban İsmayılovanın repertuarında əsasən “Kəsmə şikəstə”, “Yetim segahı”, “Segah”, “Qatar”, “Heyratı”, “Şahnaz” kimi xüsusi yanqı və ecazkar ifa ilə təqdim olunan muğamlar, habelə “Kürdün gözəli”, “Qaragöz” kimi məharətlə səslənən Azərbaycan bəstəkarlarının əsərləri və xalq mahnıları ona məşhurluq qazanmışdır.

Musiqi aləmində tanınmış bu iki istedadlı şəxslərin evliliyi öz məlahətli səsi ilə ürəkləri riqqətə gətirən və hissləri tarıma çəkən, ruhları havalandıran dərin məzmunlu məhəbbət mahnılarının mükəmməl ifaşısı – İlhamə Quliyeva kimi daha bir görkəmli sənətkarın yetişməsində əhəmiyyətli rolu olmuşdur.

Valideynlərini xatırlayarkən, Azərbaycan Respublikasının Xalq artisti İlhamə Quliyeva onun həyatında bir birinə bağlı olan, bir birini yaşamağa və yaratmağa sövq edən bu gözəl cütlük haqqıda demişdi: “Tükəzban xanımla Həbib Bayramovun ailəsində böyüməyim mənim təkcə sənətkar kimi yetişməyimdə deyil, həm də xalq tərəfindən sevilməyimdə böyük rol oynadı. Mən buna görə bu iki böyük sənətkara borcluyam”.

Demək olar ki, bütün iştirak etdiyi konsertlərdə birgə çıxış edən bu iki böyük sənətkarın biri-birini bir baxışla anlaması nəticəsində bir tərəfdən boğazın düzgün səslənməsində, digər tərəfdən isə pərdənin düzgün köklənməsində ifa etdiyi muğamların və ya mahnıların həssas keçid məqamlarında əhəmiyyətli rol oynayırdı. Tükəzban İsmayılova, onun tarda həyat yoldaşı – Azərbaycanın xalq artisti Həbib Bayramovun ölümündən sonra uzun səhnə fəaliyyətini dayandırmış və o səhnədən uzaqlaqdırılmışdır.

Məşhur xanəndə 1998-ci ildə Azərbaycan Respublikasının “Şöhrət ordeni” ilə təltif edilmişdir.

Tükəzban İsmayılovanın səs yazıları, həmçinin əksəriyyəti Azərbaycan Radiosunun “Qızıl fond”unda saxlanılır.

2016-cı ilin noyabrın 29-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində məşhur tarzən, Xalq Artisti Həbib Bayramovun anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilmişdir.

Tədbirdə muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova tərəfindən Həbib Bayramovun həyat və yaradıcılıq fəaliyyəti ilə bağlı tar ifaçılığı sənətinin inkişafında qızıl hərflərlə yazmış xidmətləri haqqında tədbir iştirakçılara ətraflı məlumat verilmişdir.

Həmçinin, tədbirdə muzeyində 1994-cü ildən saxlanınan və dövlət tərəfindən qorunması təmin olunan 22 il susan tar ifaçılığı sənətinin yayılmasında özünəməxsus yer tutmuş məşhur tarzən Həbib Bayramovun tarında, onun Repertuarında əsas yer tutan “Xaric segah” “Segah” “Rast”, “Şur”, “Cahargah”, “Humayun” və Azərbaycan muğamları ifa edilmiş, “Tarın həbibi: Həbib Bayramov-90” sənədli filmi nümayiş olunmuş və muzeyin arxiv materialları əsasında tədbir iştirakçıları tərəfindən maraqla qarşılan “Həbib Bayramov-90” adlı fotosərgi təqdim olunmuşdur.

Tədbirdə Akademik Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərov, Milli Konservatoriyanın professoru, Xalq artisti Fəxrəddin Dadaşov, Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri, Xalq artisti, professor Möhlət Müslümov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Mirnazim Əsədullayev, Xalq artisti, Əməkdar incəsənət xadimi, dirijor Ağaverdi Paşayev, Bakı Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov Həbib Bayramovun musiqi aləmində keçdiyi şərəfli həyat yolu haqqında xatirələri hörmətlə yad edilmişdir.

Təqdim etdi: Arzu

Комментарии закрыты.