Qəsdən gəlib qazıblar ki… — Şəkidəki tarixi məbədi kim və niyə dağıtdı? + VİDEO

Şəkidə yerləşən Zəyzid məbədi məhv olmaq təhlükəsi ilə üz-üzədir.

İctimaimedia.az xəbər verir ki, tarix müəllimi Vaqif Abdullayev 1000 illik tarixi abidənin bəzi hissələrinin dağıdıldığını iddia edir.

“Burada qazılan quyu əvvəllər yox idi. Çox güman ki, zinət əşyaları axtarmaq üçün qazıblar. Bəlkə də, 5 il sonra burada tarixi abidədən heç nə qalmayacaq”, – deyə o söyləyib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məsələ ilə bağlı bildirilib ki, Zəyzid məbədi tarix-mədəniyyət abidəsi kimi dövlət mühafizəsindədir: “Tarixi abidənin qorunması və ətrafının abad saxlanılmasına Dövlət Xidməti tərəfindən nəzarət olunur. Məbəd investisiya layihələrinin siyahısına daxil edilib və bərpası planlaşdırılır”.

Комментарии закрыты.