«Putinin Qarabağ haqda bəyanatı xoşuma gəlmədi, amma…»-Köçəryan

«Siz istəyirsiniz ki, Rusiya prezidenti Ermənistanın baş nazirindən daha çox erməni olsun, Rusiya XİN rəhbəri Ermənistan XİN rəhbərindən daha çox erməni olsun?..

««Putinin Qarabağla bağlı bəyanatı xoşuma gəlmədi, amma özünüzü onların yerinə qoyun: Ermənistanın özü reaksiya vermirsə, başqalarından tələb etməyə haqqımız varmı?» 

Ermənistanın  terrorçu eks-prezidenti Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması ilə bağlı sözlərinə niyə reaksiya vermədiyi və bu bəyanatla razı olub-olmaması ilə bağlı sualına cavab verərkən söyləyib.  

R.Köçəryan izah edib ki, Putinlə ünsiyyət saxlamaq imkanı olub, lakin belə ünsiyyətdən danışmaq vərdişi yoxdur. 

“Və siz bilmirsiz ki, söhbət zamanı Qarabağ haqda fikir bildirmişəm, ya yox. Biz başqalarından bizim hakimiyyətdən daha çox ermənipərəst olmağı tələb etməməliyik”, — deyə Köçəryan bildirib.

 Onun fikrincə, Rusiya prezidentinin belə bəyanat verməsinin səbəbi həm də müharibə zamanı və ondan sonrakı reallıqlardadır. 

“Əgər ölkəmizin hakimiyyət orqanları Əliyevin məsələnin, nəhayət, həll olunduğu ilə bağlı bəyanatlarına cavab vermirsə, o zaman Ermənistandan Rusiyanın dediklərinə cavab gözləyirsiniz? Rusiya prezidenti Əliyevin, Türkiyənin xarici işlər naziri Ərdoğanın açıqlamalarını dinləyir və Ermənistandan heç bir reaksiya eşitmir. Siz istəyirsiniz ki, Rusiya prezidenti Ermənistanın baş nazirindən daha çox erməni olsun, Rusiya XİN rəhbəri Ermənistan XİN rəhbərindən daha çox erməni olsun?”, — deyə Xocalı qatili izah edib.Moderator.az

Комментарии закрыты.