«Putin Kremldə olduğu müddətdə Ukraynaya normal yaşamağa mane olacaq, çünki…»- Gennadi Qudkov

O, belə hesab edir ki, onun xətrinə dəyiblər, ona «atış gəliblər», aldadıblar, xaincəsinə çıxılmaz duruma salıblar… 

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Avropaya inteqrasiya yolunu seçdiyinə görə özünü aldadılan hesab edir.

İctimaimedia Moderator.az -a istinadən xəbər verir ki, bu fikri rusiyalı siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının sabiq deputatı Gennadi Qudkov fevralın 17- də YouTube- şou «QORDON» kanalının efirində səsləndirib. 

«Doğrudanmı kimsə Ukraynada ciddi surətdə hesab edir ki, Ukraynanın hər hansı güzəştləri nəyəsə kömək edə bilər? Bu, məni şoka salır,- o, bunu Rusiya tərəfdən təhdidləri müzakirə edərkən deyib. — Putinin bütün Ukraynaya; ukraynalılara qarşı şəxsi qəzəb hissi var. O, belə hesab edir ki, onun xətriə dəyiblər, ona «atış gəliblər, aldadıblar, xaincəsinə çıxılmaz duruma salıblar. 

Axı, o, güman edirdi ki, Ukrayna İttifaq dövlətinin bir hissəsi olacaq, o isə, yəni Putin, bu dövləti quracaq, ona rəhbərlik edəcək və beləliklə də tarixə tarixi şəxsiyyət kimi düşəcək. 

Amma, görürsünüzmü, qaçaq Yanukoviç (Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç nəzərdə tutulur) və onun dəstəsi bizə «atış gəldilər». Biz oraya milyardlar xərclədik, amma Yanukoviç bizə «atdı», üzünü Avropaya çevirdi, ona görə də Ukraynanın dərsini vermək və onu cəzalandırmaq gərəkdir», — Qudkov belə deyib.

 O, iddia edir ki, Putini «NATO qıcıqlandırmır».

 «Putin raketlərin uçuş müddətindən çəkinmir və gözəl anlayır ki, NATO özü Rusiyaya qarşı müharibəyə başlamayacaq»,- Qudkov izah edib. 

Onun sözlərinə görə, Putin Kremldə olduğu müddətdə «həmişə Ukraynaya normal yaşamağa mane olacaq», ona görə ki, onun üçün Ukraynanın azad, demokratik və çiçəklənən dövlətə çevrilməsi «ən təhlükəli və dəhşətlidir». 

«Ona görə də o, heç vaxt hakimiyyətdə olduğu, pulu və gücü çox olduğu dönəmdə Ukraynaya sakit yaşamağa və dinc həyat qurmağa imkan verəməyəcək»,- müxalifətçi əlavə edib.

Комментарии закрыты.