Pensiyası kəsilmiş vətəndaşla bağlı RƏSMİ AÇIQLAMA: “Dəvət etmişik, araşdırılacaq”

Cəlilabad rayon sakini Daməddin Səhrədov oğlu Sədrəddinə təyin olunmuş əlilliyə görə pensiyanın kəsilməsindən şikayətçidir.

Daməddin Sərhədov redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirib ki, əlillik təyinatının araşdırılması məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına etdiyi müraciətlər heç bir nəticə verməyib:ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.

“Övladım əlilliyə görə pensiya alırdı, indi pensiyası kəsilib. Əlilliyə görə pensiyanın bərpası üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etməyimə baxmayaraq, bizə heç bir köməklik göstərilmir. Sənədlərimi sistemə vurmadan müraciətin əlillik təyinatına uyğun olmadığına dair qərar çıxarılıb. Mən sənədlərimin rəsmi olaraq sistemə vurularaq cavab göndərilməsini istəyirəm”.

İctimaimedia.az xəbər veror ki, KONKRET.az mövzu ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Cəlilabad rayon sakini Səhrədov Sədrəddin Daməddin oğluna təyin olunan əlillik müddəti 05.01.2020-ci il tarixdə başa çatsa da, onun əlillik müddətinin uzadılması üçün heç bir müraciəti olmayıb.

“Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməli və müvafiq sənədləri yenidən poliklinika e-sisteminə göndərməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq”.

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq isə vətəndaşla əlaqə saxlanılaraq tibb müəssisəsinə dəvət olunduğu qeyd olunub:

“Sərhədov Daməddin Cəbi oğlunun övladı Sərhədov Sədrəddin Daməddin oğlunun əlillik məsələsi ilə bağlı müraciəti araşdırılıb. Vətəndaşla əlaqə saxlanılıb və o, tibb müəssisəsinə dəvət edilib. Daməddin Sərhədovu Həkim Məsləhət Komissiyasının sədri Yusif İsmayılov qəbul edib, lakin övladının tibb müəssisəsinə gəlməməsi və tibbi sənədlərini Həkim Məsləhət Komissiyasına təqdim etməməsi səbəbindən Sərhədov Sədrəddin Daməddin oğlunun sağlamlıq vəziyyətini qiymətləndirmək mümkün olmayıb. Vətəndaş övladı və onun tibbi sənədləri ilə birlikdə 21.09.2024-cü il tarixində təkrar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edəcəyini bildirib. Qeyd edək ki, vətəndaş övladı və tibbi sənədləri ilə Həkim Məsləhət Komissiyasına müraciət etdiyi təqdirdə onun əlillik məsələsinə baxılacaq”.

Комментарии закрыты.