Nuru Paşanın gizli yığıncaq keçirdiyi evin dağılmaq təhlükəsi var

Salyanda Nuru paşanın gizli yığıncaq keçirtdiyi, iki əsrdən çox yaşı olan ev dağılmaq təhlükəsi ilə üz-üzədir. Ev o dövrdə yerli bəylərdən birinə məxsus olub. İnşa olunan evin divarının qalınlığı 80-120 sm, otaqların hündürlüyü isə dörd metr olub. Evin tikintisində daha çox qırmızı kərpicdən, sementi əvəz edən kirəcdən istifadə olunub. Tikilinin həyətindəki qədim kərpic quyu da öz varlığını bu günə qədər qoruyub.

Qeyd edək ki, Kür çayı vasitəsilə Salyan və Neftçalaya soxulmaqla 1918-ci il Mart soyqırımını davam etdirmək istəyən ermənilərə qarşı tarixi döyüşün hərbi planları məhz bu evdə qurulub.

Nuru paşanın rəhbərlik etdiyi bu yığıncaqda iştirak edən vətənpərvərlər sonradan, ötən əsrin 30-cu illərində ermənilərin “fəaliyyəti» nəticəsində Sibirə sürgün olunub. Özündə böyük bir tarixi yaşadan evin qorunması bu vaxta qədər yerli sakinlərin maddi vəsaiti hesabına reallaşıb. Maddi-mədəni dəyər daşıyan bu iki əsrlik ev hər hansı dövlət reyestrinə daxil edilməyib.

Комментарии закрыты.