Məşhur reportyor Ədil Arifoğlu DÜNYADAN KÖÇDÜ

Azərbaycan mədəniyyətinə və jurnalistikasına ağır itki üz verib.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Hərbi vətənpərvərlik baş redaksiyasının uzun müddət baş rejissoru işləyən Ədil Arifoğlu vəfat edib.

Ədil Arifoğlu Azərbaycan İncəsənət İnstitutunu bitirəndən sonra taleyini AzTV-yə bağlayıb. O istedadlı rejissor olmaqla yanaşı həm də əvəzsiz reportyor idi. Birinci Vətən müharibəsində o bütün cəbhəni gəzib. Çoxsaylı videoreportajlar hazırlayıb. Və hər zaman döyüşçülərimizlə bir yerdə olan Ədil bir gün düşmən snayperinin gülləsinə də tuş gəlib. Boğazından ağır yaralanıb. Lakin şəhidlik zirvəzinə yüksələ bilməsə də, bir reportyor kimi şöhrətin zirvəsinə yüksəlib. Onun 50 saatlıq müharibə arxivi vardı. Bu arxivdə isə açılmamış çox sayda sirlər yatıırdı.

Bu mənada sonuncu magikan Ədil Arifoğlunun ölümü hər kəsi üzdü.

Qeyd edək ki, 2 gün əvvəl Ədil Arifoğlu çalışdığı redaksiyaya rəhbər təyin olunubmiş.

Allah rəhmət eləsin!

Комментарии закрыты.