Kasparov: Heydər Əliyev mənə nələr etdi… — Video

Heydər Əliyev ilk dəfə anamla məni 1979-cu ildə qəbul etdi. Həmin vaxt mən Yuqoslaviyanın Banya-Luka şəhərində ilk böyük uğurumu qazanmışdım.

Bunu Bakı ermənisi olan rusiyalı müxalif siyasətçi, şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov ukraynalı məşhur jurnalist Dmitri Qordona müsahibəsində deyib.

“Əliyevin 1979-1985-ci illər ərzində etdiyi köməklər mənə müdafiə qalxanı kimi idi. Sovet sistemi rus çempionunu Bakıdan olan metisə dəyişmək niyyətində deyildi. Hətta bəzi sovet rəhbərləri də hiss edirdilər ki, Karpov kimi loyal partiya əsgərindən fərqli olaraq mənə inanmaq olmaz. Haqlı idilər. Ona görə də mənə hazırlaşmaq üçün Əliyevin köməyi lazım idi. O mənə maddi-texniki bazanın yaradılmasında yardım edirdi”, — Kasparov bildirib.

Qeyd edək ki, ötən gün Ermənistan XİN də guya sovet vaxtı ermənilərə qarşı Azərbaycanda diskriminasiya olduğu haqda yalan və böhtan yayır və DQMV-də “dirçəlişin” başlanma səbəbini də bununla izah etməyə çalışırlar. Yalnız Harri Kasparovun etirafı kifayətdir ki, Azərbaycanda heç bir millətin nümayəndəsinə, o cümlədən də ermənilərə qarşı hər hansı ayrı-seçkilik olmadığı haqda təsəvvür yaransın.axar.az

Daha ətraflı videoda:

Комментарии закрыты.