Kamil Ermənistana təhvil veriləcək? — Polad Bülbüloğludan AÇIQLAMA
Kamil Zeynallının Domodedovo hava limanında saxlanmasından xəbər tutan kimi mən dərhal Azərbaycanın Rusiyadakı səfirliyinin konsulunu, eləcə də onun müavinini polis şöbəsinə göndərdim.
İctimaimedia.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Caliber”ə müsahibəsində bildirib.
O qeyd edib ki, vəkillər artıq Kami Zeynallı ilə görüşüb və onunla daim əlaqə saxlayırlar.
Səfirin sözlərinə görə, K.Zeynallı hələ MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələbi ilə bağlı saxlanılıb. Azərbaycanın Rusiyadakı səfiri deyib ki, Ermənistan tərəfi onu cinayət məcəlləsinin bir sıra maddələri ilə ittiham edir.
“Moskva vaxtı ilə təxminən səhər saat üç radələrində mən şəxsən Kamillə telefonla danışdım və ona bildirdim ki, səfirlik artıq onun məsələsi ilə məşğuldur”, – o qeyd edib.
Polad Bülbüloğlu əlavə edib ki, Kamil Zeynallının Ermənistanın tələbi ilə saxlanması onun təyyarəyə mindirilərək dərhal İrəvana göndərilməsi demək deyil.
“İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq”, – diplomat bildirib.
Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib. XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. “Vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir. Əlavə məlumat olarsa, bildiriləcək”, – məlumatda deyilir.
Комментарии закрыты.