Kəlbəcərdə selin apardığı sürücünün meyiti tapıldı — FOTO

Kəlbəcər rayonu Comərt kəndində yük maşınının çaya aşması nəticəsində selin apardığı sürücünün meyiti tapılıb.

Bu barədə İctimaimedia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

“Aparılan axtarışlar nəticəsində ölən sürücü, Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazovun cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, deyə o bildirib.

Faktla bağlı araşdırma aparılır.

Комментарии закрыты.