Kəlbəcərədə yük maşını çaya aşıb: Ölənlər var — FOTO

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

İctimaimedia.az xəbər verir ki, hadisə rayonun Comərt kəndində qeydə alınıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə avtomobilin sürücüsü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

APA

Комментарии закрыты.