İndi arvadın sözü keçir, ƏVVƏLKİ KİŞİLƏR YOXDU: Nənələr indiki qızlardan şikayətləndi — VİDEO

Balaxanı qəsəbəsindən hazırlanan reportajda sakinlər – Asiya, Yaqut və Xanım nənə ovaxtkı adət-ənənələrdən, ailə münasibətlərindən danışıblar.

İndiki gənc qızlardan şikayətlənən nənələrin sözlərinə görə, əvvəllər elçilik mərasimi də, toy da dəbdəbədən uzaq idi: “O vaxt elçi gəlirdilər, “Hə” verilirdi. İndi başqa cürdür. İndikilər yaxşı qızıl, geyim-kecim istəyirlər”.

Onlar əvvəllər boşanmaların da az olduğunu vurğulayıblar: “İndi döyülən kimi qaçırlar, ər evində dayanmırlar. Əvvəl boşanma yox idi. İndi isə televiziyalarda boşanmaların sayının artdığı deyilir”.

Комментарии закрыты.