INANILMAZ…-Cərrahlar üç uşaq atasında uşaqlıq və yumurtalıq aşkar etdilər

Kosovoda yaşlı bir kişi qasıq nahiyəsində şişkinlik şikayəti ilə xəstəxanaya müraciət edib. Müəyyən olunub ki, onun uşaqlığı və yumurtalığı var, bu da embrional inkişafın pozulması səbəbindən yaranıb. 

İctimaimedia Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Priştina universitetinin həkimləri Urology Case Reports jurnalında yazıblar. Qeyd edilir ki, 67 yaşlı kişi 10 il ərzində qasıq nahiyəsində şişkinlikdən əziyyət çəkib. Bundan başqa, onun bir xayası xayalıqda olmayıb. Lakin bu, onun üç övlad atası olmasına mane olmayıb. Pasientin müayinəsi zamanı kişiyə «qasıq yirtığı» diaqnozu qoyulub və əməliyyat etmək qərara alınıb. Lakin əməliyyat zamanı həkimlər uşaqlıq və boynunu, fallopi borusunu, yumurtalığı, həmçinin xayanı aşkar ediblər. Bəlli olub ki, kişidə «persistent Müller axarı sindromu» var. Müller axarları döldaxili inkişaf prosesində kişi və qadınlarda cinsi orqanlarının yarandığı kanallardır. Bu sindrom zamanı genetik və fizioloji cəhətdən kişi orqanizmində Müller axarlarının hər iki törəmələri müşahidə edilir. Adətən buna səbəb antimüller hormonunun çatışmazlığı və ya reseptorların ona qarşı hissiyatsız olmasıdır. Belə sindrom 200-dək halda rast gəlinib, amma çox da ola bilərdi. Bu sindrom XX əsrdə öyrənilməyə başlanılıb və adətən o, təsadüfən aşkar edilir, bu zaman pasientlər sonsuzluqdan, yumurtanın xayaya düşməməsindən və ya yırtıqdan şikayətlənir. Pasientlər belə problemlərlə müraciət edəndə həkimlər genetik testlərdən keçməyi tövsiyə edir. Bu halda uşaqların kişinin doğma uşaqları olub-olmaması bəlli deyil.

Комментарии закрыты.