Həkim 63 yaşlı qadını səhv əməliyyat edib?

Kürdəmir rayon Ərşəli kənd sakini 63 yaşlı Zeynəb Hüseynova kor bağırsaq sancıları ilə xəstəxanaya müraciət etsə də, həkim tərəfindən öd kisəsinin götürüldüyünü iddia edir. Hətta bu azmış kimi xəstənin daxilində əməliyyat zamanı tibbi vasitələrin qaldığı da iddia olunur.

“Xəzər Xəbər”ə danışan qadın qeyd edib ki, 2020-ci ildə qarın boşluğunda olan kəskin sancılarla rayon ərazisində olan özəl klinikalardan birinə müraciət edib. Xəstənin sözlərinə görə, müayinə zamanı ona kor bağırsağında iltihabın olduğu və bunun dərhal əməliyyat olunması deyilib. Əməliyyat klinikanın baş həkimi Ağamir Ağayev tərəfindən olunub. Qadının iddiasına görə, həkim onu səhv əməliyyat edib.

Məsələ ilə bağlı klinikanın rəhbəri və həkim cərrahı Ağamir Ağayev səslənən iddialara cavab verib.

Qadının əməliyyat olunan bədən hissəsinin aylardır sağalmaması məsələsinə gəldikdə isə həkim deyir ki, o, pasiyentə bir daha müayinə olunmasını təklif edib.

Qeyd edək ki, Zeynəb Hüseynova başına gələn bu hadisə ilə bağlı aidiyyəti qurumlara da müraciət edib.

Комментарии закрыты.