Fransa diasporu Laçınla sərhəddəki kənddə Qarabağ erməniləri üçün mərkəz açdı…

Məqsəd “Qarabağ uğrunda mübarizəni” yenidən başlatmaq üçün erməni uşaq və gənclərdə revanşist hissləri güclənidirməkdir…  

Fransa və ABŞ-dan olan ermənilər Sünik  vilayətinin (Qərbi Zəngəzur)   Laçın və Qubadlı ilə sərhəddə yerləşən Kornidzor(Gorunzur)  kəndindəki Qarabağ erməniləri üçün təlim mərkəzi yaradıblar.  

İctimaimedia Moderator.az-a istinadən xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb. “Erməni diasporunun gənc üzvləri birinci Qarabağ müharibəsindən bəri tərk edilmiş evi uşaq-gənclər üçün təhsil mərkəzinə çeviriblər. Ermənistanda paytaxtı deyil, ölkənin sərhədyanı rayonlarını inkişaf etdirmək lazımdır. Diaspordan olan gənc ermənilər Metyu Saakyan və Narek Qazaryan buna əmindirlər. Metyu Parisdə, Narek isə San-Fransiskoda doğulub böyüyüb. Hər ikisi son illər gənc yaşlarında Ermənistana köçüb və burada məskunlaşıblar.  2020-ci ilin yazında 44 günlük müharibə nəticəsində evlərini itirmiş Qarabağdan olan ermənilərə yardım etmək üçün birləşiblər.

Müharibənin elə ilk günü, 27 sentyabr 2020-ci ildə Metyu və həyat yoldaşı Araz (o da diaspordandır) “Hər şey Ermənistan naminə” təşkilatını təsis ediblər. Əsas vəzifə Qarabağdan Ermənistanın müxtəlif yaşayış məntəqələrinə köçən ailələrə ilkin tibbi yardım göstərmək olub. Beləliklə, onlar Sünik rayonunun Kornidzor kəndində yerləşiblər. “Biz diaspor ermənilərinə sərhədi hiss etmək və onun üzərindən  Ermənistana gələn təhlükənin miqyasını anlamaq imkanı vermək istəyirik. Kornidzorda biz sözün əsl mənasında Artsaxın qapısındayıq”- gənc diaspor üzvləri bildirir.  «Coming soon» adlanan mərkəz 2022-ci ilin sonuna qədər hazır olacaq. Hazırda pul yığımı davam edir, ümumilikdə 60 min dollar toplamaq lazımdır. Təşkilat əsas ianələri ABŞ, Fransa, Avstraliya, Kanada, İsveçrə və Almaniyadakı ermənilərdən alır”- xəbərdə belə deyilir.

P.S. Göründüyü  kimi, Fransa diasporunun gənc üzvlərinin Azərbaycanla həmsərhəd ərazidə,  Laçın dəhlizi üçün də strateji məkanda yerləşmiş bir yaşayış məntəqəsində “tədris mərkəzi” yaratmaq adı altında əsas məqsədi  “Qarabağın azadlığı uğrunda mübarizə”ni yenidən başlatmaq üçün ermənilərdə, xüsusən uşaq və gənclərdə revanşist hissləri gücləndirməkdir… 

Sultan Laçın 

Комментарии закрыты.