«Fəxri ad sənət adamları arasında qibtəyə, paxıllığa gətirib çıxarır…

Bir müddətdir ki, mətbuatda müğənnilərimizin fəxri adlarla bağlı giley dolu fikirlərinə tez-tez rast gəlirik.  Bəs fəxri adlar sənət adamlarına hansı meyarlara görə verilməlidir? Bu adların verilməsi düzgündürmü? 

Məsələyə münasibət bildirən aparıcı Rövşanə Ağasəfqızı Moderator.aza açıqlamasında fəxri adların verilməsinin sənət adamları arasında söz-söhbətlərə səbəb olduğunu bildirib: «Ümumiyyətlə, mənə elə gəlir fəxri ad məsələsi sənət adamları arasında əlavə söz söhbətə, qibtəyə, paxıllığa gətirib çıxarır. Bu cürə qiymətləndirmə modeli Sovetdən qalma mirasdır. Amma hələki mədəniyyət  sistemində sənət adamlarının fərqləndirilməsi bu cürə sistemlə gedir. Hesab edirəm ki, yalnız sənətə qiymət verilməlidir. Əməkdar artist, Xalq artisti fəxri adı verilir. Amma əməkdar fəal deyilsə, getsin ictimai fəal işlərlə məşğul olsun və ona uygun da qiymətini alsın». Vasif Əlihüseyn

Комментарии закрыты.