«Ermənistan tarixi” dərsliyinin müəllifi niyə “xalq düşməni” çıxarılır? – Kitabda nə yazılıb?

7-ci siniflər üçün nəzərdə tutulmuş “Ermənistan tarixi” dərsliyi ilə bağlı qalmaqal davam edir.

İctimaimedia.az xəbər verir ki, tarix elmləri namizədi Arman Maloyan qalmaqallı dərsliklə bağlı fikirlərini erməni ictimaiyyətinə açıqlayıb.

O, kitabı erməni xalqı və dövləti üçün biabırçı nəşr adlandırıb:

“7-ci sinif “Ermənistan tarixi” dərsliyi qəbuledilməzdir. Dərsliyin müəllifi Smbat Hovhannisyan dünya tarixi üzrə mütəxəssis olsa da, səriştəli olmayıb. Problem ondadır ki, alim ermənilərin tarixini bilərəkdən saxtalaşdırır. Hesab edirəm ki, bu, təsadüfi deyil. Erməni kilsəsinin tarixini arxa planda saxlamaq tenmdensiyası açıq-aydın görünür. Dərslikdə kilsə tarixininin yalnız 1-2 mövzu ilə yekunlaşdırılmasını necə başa düşmək olar? İlk müşahidəmdə açıq şəkildə bildirdim ki, mövzular və alt mövzular dərslikdə yoxdur və ya onlar dumanlı şəkildə təqdim olunub”.

Tarixçi qeyd edib ki, həmin dərsliyin müəllifi Ermənistanda Azərbaycanın maraqlarına xidmət edən tarix dərsliyinin necə ərsəyə gəlməsi sualına cavab verməlidir:

“Müəllif cavab verməlidir. Necə olur ki, müəllifi olduğu dərslik müsabiqənin qalibi olub? Müəllifi Azərbaycan tərəfi niyə əsl alim kimi qiymətləndirir? Dərslikdə elə səhvlər var ki, məncə, ciddi bir tarixçi belə iddialarla çıxış edə bilməz. Məsələn: “Manuelin tələbəsi olan memar Trdat tərəfindən tikilmiş paytaxt Ani kilsəsi öz möhtəşəmliyi ilə xüsusilə seçilirdi” (s. 175). Mən milli kitabxanadan çoxlu ensiklopediyalar sifariş etmişəm, lakin heç bir yerdə, heç bir monoqrafiyada və ya mənbədə Trdat memarının Manuel memarın şagirdi olduğuna dair dəlil və ya işarə tapa bilməmişik. Eyni sözləri müəllifin erməni-ərəb müqaviləsinin imzalanmasından 34 il əvvəl Hripsime məbədinin tikintisi ilə bağlı araşdırmasına da şamil etmək olar”.konkret.az

Комментарии закрыты.