Ermənistan Rusiya və Qərbə kömək üçün yalvarır — VİDEO

Uzun illər ərzində süni şəkildə böyük və güclü Ermənistanla bağlı yaradılmış miflər dağılıb. İşğalçılıq siyasətinin qurbanına çevrilən ermənilər post müharibə dövründən bu yana üz-üzə qaldıqları reallıqların təsirini hələ üzərlərindən ata bilmirlər. Onsuz da iqtisadi böhranın girdabından çıxa bilməyən ermənilər gah Rusiyaya, gah da Qərbdəki “qardaş”larına kömək üçün yalvarırlar. Əslində, Ermənistanda yaşayan erməniləri Qarabağ ümumiyyətlə maraqlandırmır. Onları bu gün narahat edən əsas məsələ müharibədə ölmüş, itkin və əsir düşmüş övladlarıdır. 

Müharibə Ermənistanda bir çox gizlinlərin üzərini açdı. Sadə ermənilər anladılar ki, bu işğal yalnız onları idarə edən cinayətkarlara lazımdır. Onlar işğal vasitəsilə məhv etdikləri torpaqlarımızın sərvəti hesabına zənginləşir, erməni gənclərini də hədəfə çevirirdilər. Bir müddətdir Ermənistanın yüksək çinli məmurları, generalları rüşvətxorluq, ağır cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılıb. Bu faktlar onların cinayətkar mahiyyətini ortaya qoyur. Ermənilər ultra-şovinist addımlarından əl çəkməsələr, bir dövlət kimi tarixin tozlu səhifələrinə qarışa bilərlər. Bu reallığı nə qədər tez qəbul etsələr, onlar üçün bir o qədər faydalı olar.

Комментарии закрыты.