“Ermənilər dünyanın ən bədbəxt millətidir” – Erməni politoloq

“Ermənilər dünyanın ən bədbəxt millətidir. Bu bizim özümüzü tanımamağımızdan irəli gəlir. Pafoslu bəyanatlar bu milləti məhv edəcək. ” – Bunu erməni politoloq Artur Qazaryan müsahibəsində bildirib.

“Milli Məclisin Xarici Əlaqələr Daimi Komissiyası bu gün Türkiyə ilə Azərbaycan arasında imzalanmış “Şuşa bəyannaməsi”ni pisləməyi təklif edən “Ermənistan” fraksiyasının təqdim etdiyi qanun layihəsini müzakirə edib. Lakin müxalifət fraksiyasının təqdim etdiyi qanun layihəsi rədd edilib. Bunun müzakirəyə çıxarılması bizə lazım idimi? Əlbəttə yox. Amma kimlərsə öz ambisiyalarından əl çəkmir. Biz çətin iqtisadi dönəmdən çıxmaq, dağılmış, parçalanmış ordunu formalaşdırmalıyıq. Ancaq kimlərsə imkan vermir ki, bu ölkə dinc şəraitdə yaşasın. Ermənilər dünyanın ən bədbəxt millətidir. Hər zaman pafoslu çıxışlara inanırlar. Milləti məhv edən də bu pafoslu çıxış edən siyasətçilərdir ” -deyə Artur Qazaryan bildirib .Alp.az

Комментарии закрыты.