Erməni “rembo”sunun nağılları

«SVD» ilə 1350 metrdən hədəfi necə vurmaq olar?

Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin «Qro» ləqəbli atış təlimatçısı, 3.12.2020-ci ildən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən terrorçu kimi haqqında сinayət işi qaldırılan VOMA təşkilatının rəhbəri Vova Vartanovu müharibə haqqında yalan məlumat yaymaqda ittiham edib.

VOMA-nın İnstagram səhifəsində erməni dilində yayılan videomateriala münasibət bildirən «Qro» öncə bildirir ki, «kəşfiyyatçı Vovanın» nağıllarına görə, müharibə zamanı onun hazırladığı döyüşçülər 1350 metr məsafədən hərəkətdə olan hədəfləri SVD ilə sıradan çıxarmağa müvəffəq olublar: «Bu, mətndə olan texniki səhv deyil. Adam ciddi-ciddi iddia edir ki, 7.62х54 mm-lik çapı olan və 4x böyütmək imkanına sahib ПСО-1 optik cihazla təchiz edilən СВД (Draqunovun snayper tüfəngi) ilə 1350 metr məsafədən hərəkətdə olan canlı qüvvəni məhv edib.

Əvvəla, rus istehsalı Draqunovun optikası (ölçü şkalası ilə) maksimum 1000 m məsafəyə nişan almağa imkan verir. Bundan sonra hədəfin hündürlüyü 2 metr olsa belə, onu yalnız əlavə müşahidə cihazları ilə görmək mümkündür. Anlaya bilmirəm ki, Siz 1350 metri haradan götürmüsünüz.

Qaldı ki, hələ hərəkətdə olan hədəfə — bunu yaxta qiymətinə olan, xüsusi patronlarla atəş açan xarici snayper tüfənglərindən etmək belə asan iş deyil, nəinki СВД-dən…»

Qeyd etmək lazımdır ki, hərbi cinayətkar Vova Vartanovun idarə etdiyi VOMA beynəlxalq terrorçu hazırlığı kursları 44 günlük müharibəyə qədər Azərbaycanın işğal olunmuş ərazilərində (əsasən Kəlbəcər və Laçında) fəaliyyət göstərsə də, işğalçı kontinqentin məhv edilməsindən sonra Ermənistana təxliyə edilib. Xarici diasporunun vəsaitilə maliyyələşən bu təşkilat müxtəlif ölkələrdə yaşayan ermənilərə hərbi, dil və terrorçu-təxribat texnoloqiyaları üzrə praktik məşğələlər təşkil edir.AzVision.az

Комментарии закрыты.